Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyev meri: "Paytaxtın bir hissəsini evakuasiya etməyə məcbur olacağıq"

“Qarşıdan gələn qış Kiyevdə İkinci Dünya müharibəsindən bəri ən pis qış ola bilər”.

Bunu Kiyevin meri Vitaliy Kliçko “Bild” nəşrinə müsahibəsində deyib.

“Biz, həmçinin ən pis ssenariyə hazırlaşmalıyıq. Elektrik enerjisi verilişi genişmiqyaslı şəkildə kəsilərsə bu baş verəcək, temperatur isə daha da enəcək. Bu zaman şəhərin bir hissəsini təxliyə etməli olacağıq, lakin biz bunun baş verməsini istəmirik”, - deyə Kliçko vurğulayıb.

Qeyd edək ki, Rusiya ordusu oktyabrın 10-dan Ukraynanın vacib infrastruktur obyektlərini raket atəşinə tutur. Sonuncu belə kütləvi hücum noyabrın 15-i həyata keçirilib. Hazırda Ukraynanın bir çox vilayətlərində elektrik enerjisi və su verilişində fasilələr yaşanır.