Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyev Medvedev və Zaxarovanı axtarışa verdi

Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi axtarışa verib.

Bu barədə TASS Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasına istinadən xəbər yayıb.

Qeyd olunur ki, saytda Medvedevin portreti yerləşdirilib. Mətndə deyilir ki, o, Ukrayna hakimiyyəti tərəfindən axtarışdadır, o, hakimiyyət nümayəndəsi tərəfindən Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığının pozulması maddəsi ilə ittiham olunub.



Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı da axtarışa verib.