Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kiyev ətrafında daha bir Rusiya kalonu darmadağın edilib - VİDEO

Ötən gecə Ukrayna hərbçiləri Kiyev ətrafında daha bir Rusiya hərbi kalonunu darmadağın edib. Bu haqda Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirir.

“Ötən gecə Makarov ətrafında Rusiya hərbi texnika kalonu məhv edildi, amma təəsüf ki, bu hələ bizim torpaqlarımıza soxulmuş Rusiya qoşunlarının hamısı deyil”, - Denisenko qeyd edib.

O bildirib ki, hazırda ən mürəkkəb vəziyyət Volonovaxa rayonunda hökm sürür. Bundan başqa Jitomir vilayətinə, Jitomir şəhərinin özünə, Novoqrad-Volınska hava zərbələri endirilir. Denisenkonun sözlərin görə, situasiya gərgin, amma nəzarət oluna biləndir.