KİV: "Suren Papikyan Ermənistanın müvəqqəti müdafiə naziri təyin olunub"
16 Noyabr 2021
"Ermənistan Baş nazirinin keçmiş müavini Suren Papikyan Müdafiə Nazirliyinə müvəqqəti başçılıq edəcək".
Bu barədə “Joxovurd” öz mənbələrinə istinadən yazıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyan Suren Papikyanı Müdafiə Nazirliyində baş verənləri öyrənmək məqsədilə nümayəndə kimi göndərib. Nazirlikdə “didişmə” var. Hərbi məmurlar bu və ya başqa bir işlə bağlı məsuliyyəti bir-birinin üzərinə atırlar. Yüksək rütbəli və vəzifəli rəislərə bir-birini satırlar”.
“Joxovurd” yazıb ki, hökumət başçısı Müdafiə Nazirliyini "əməlli-başlı" “silkələmək” niyyətindədir: “Bu silkələmə nəticəsində Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Artak Davtyan, onun müavinləri və başqa generallar da daxil olmaqla çoxlarının başı uçacaq”.
“Hraparak”ın yazdığına görə, Baş nazirin müavini postunda Suren Papikyanı isə ətraf mühit naziri Romanos Petrosyan əvəzləyəcək. O, qeyri-rəsmi olaraq yerli idarəetmə orqanlarına nəzarət edəcək: “Hazırda bu sahəyə Qnel Sanosyan başçlıq edir. Ancaq o da siyasi təlimata uyğun fəaliyyət göstərmir. Bu səbəbdən ərazi idarəetmə orqanlarına nəzarət Suren Papikyana tapışırılıb. Ancaq onun səyləri uğurlu olmayıb. Sünik (Zəngəzur) Nikol Paşinyana və komandasına sədaqət nümayiş etdirməyib”.
Qeyd edək ki, noyabrın 15-də Suren Papikyan Ermənistanın müdafiə naziri təyin olunub. O, 1986-cı il aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. İrəvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanın müdafiə naziri dördüncü dəfədir dəyişir.
Müharibə zamanı Ermənistanın müdafiə naziri postunu David Tonoyan tuturdu. O, 2020-ci ilin noyabrın 20-də işdən çıxarılıb. Həmin vəzifəyə Vaqarşak Arutyunyan təyin olunub. O, 2021-ci ilin iyulun 20-də vəzifəsində azad olunub. Həmin ilin avqustun 2-də Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunmuşdu. O, noyabrın 15-də vəzifəsindən uzaqlaşdırılıb.(Report)