Logo
news content
User
Kateqoriyalar

Xəbər

KİV: İran Rusiyaya ballistik raket və dronlar göndərməyə hazırlaşır

İran Ukraynada istifadə etmək üçün Rusiyaya əlavə silahlar, ballistik raketlər göndərməyə hazırlaşır.

CNN bu barədə İranın silah proqramını yaxından izləyən rəsmilərə istinadən bildirib.

“İran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya təxminən 1000 əlavə silah, həmçinin qısa mənzilli ballistik raketlər və daha çox hücum PUA-ları göndərməyə hazırlaşır. Proses yaxından izlənilir, çünki bu, İranın Rusiyaya qabaqcıl dəqiqliklə idarə olunan raketlər göndərməsinin ilk nümunəsi olacaq. Bu yardım Kremlə döyüş meydanında əhəmiyyətli dərəcədə kömək edə bilər”, - CNN-in xəbərində qeyd olunur.

Qeyd olunub ki, sonuncu dəfə İrandan Rusiyaya 450-yə yaxın pilotsuz uçuş aparatı tədarük olunub ki, Rusiya qüvvələri bu PUA-lardan istifadə edərək Ukraynanın vacib mülki infrastrukturuna zərbələr endirib. Ukrayna rəsmiləri ötən həftə 300-dən çox İran PUA-sı vurduqlarını bildiriblər.

Yeni silah tədarükünün Rusiyaya nə vaxt çatacağı ilə bağlı dəqiq vaxt açıqlanmasa da, rəsmilər silahların ilin sonuna qədər çatdırılacağını gözlədiklərini bildiriblər.

Öz növbəsindı Ukrayna mənbələri İranın noyabrın əvvəlində Rusiyaya 200-dən çox pilotsuz uçuş aparatlarından ibarət partiya göndərməyi planlaşdırdığını bildirilər.

“Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi yayıb.

Məlumata görə, sözügedən partiyaya “Shahed-136”, “Mohajer-6” və “Arash-2” dronları daxil olacaq.

Bildirilir ki, PUA-lar Həştərxan limanı vasitəsilə Rusiyaya tədarük ediləcək: “Dronlar Rusiyaya tam qurulmuş halda deyil, hissələrə ayrılmış şəkildə göndəriləcək. Onlar daha sonradan Rusiya ərazisində qurulacaq, rənglənəcək və üzərinə Rusiya nişanı (“Geran-2”) vurulacaq”.