Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keyfiyyətli jurnalistika ictimai dəstək tələb edir - MÜRACİƏT

Dəyərli oxucular.

Pressklub.az saytının yeni inkişaf mərhələsinə qədəm qoyduğunu məmnunluq hissi ilə elan edirik. Xəbərlərin mediada çox səthi işıqlandırıldığı indiki şəraitdə sizin hərtərəfli təhlilə ehtiyacınız olduğunu anlayırıq və dünyanın real mənzərəsini formalaşdıran hadisələri daha dərindən dərk etmək istəyənlər üçün xüsusi hazırladığımız məzmunun eksklüziv təqdimatına keçirik.

Bu yenilik sizin ənənəvi xəbərlərin hüdudlarından kənara çıxan keyfiyyətli jurnalistika məhsulu əldə etmək imkanınızı artırır. Bizim müəlliflərimiz sadəcə oxuculara məlumat çatdırmaqla kifayətlənmirlər, hadisələri incələmək, düşünməyə sövq edən materiallar hazırlamaq üçün onlar ekspertlərlə görüşlərə, sənədlərin araşdırılmasına və mövzunun öyrənilməsinə günlər, bəzən həftələr sərf edirlər. Bu səviyyədə iş böyük resurslar tələb edir. Odur ki, sizi belə bir yeniliyi dəstəkləməyə dəvət edirik.

Abunəlik sizə mürəkkəb problemləri peşəkar səviyyədə araşdıran çeşidli eksklüziv məzmuna giriş imkanı verəcək, qlobal və yerli proseslərə təsir göstərən hadisələrin mahiyyətindən məlumatlı olmağınızı təmin edəcək. Gündəlik xəbərlər isə platformamızda əvvəlki kimi hər kəs üçün əlçatan olacaq – bu cür məlumatlara çıxış pulsuzdur.

Auditoriyamıza müxtəlif oxucu kateqoriyalarının daxil olduğunu nəzərə alaraq, onlardan bəziləri üçün endirimlər müəyyənləşdirən fərqli abunə variantları təklif edirik. Bu model təkcə jurnalistikamızın keyfiyyətini yüksəltməyə deyil, həm də onu daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edir.

Birliyimizin üzvi hissəsi olduğunuz üçün sizə təşəkkür edirik. Biz sizə nəinki informasiya təminatınızı, həm də dünyamız barədə anlayışınızı zənginləşdirən jurnalistika təqdim etmək imkanını səbirsizliklə gözləyirik.

Hörmətlə,

Pressklub.az saytının kollektivi,

Bakı Mətbuat Klubu