Futbol üzrə Ukrayna millisinin sabiq oyunçusu müharibədə həlak olub - FOTO
17 Oktyabr 2026
Ukrayna millisinin, Kiyev “Dinamo”sunun və “Dnepr”in sabiq yarımmüdafiəçisi Roman Maksimyuk Donetsk vilayətində döyüşlər zamanı həlak olub.
BUkrayna millisinin sabiq futbolçusu müharibədə həlak olubu barədə futbolçunun həyat yoldaşı Vera Maksimyuk oktyabrın 16-da məlumat yayıb.
50 yaşlı Maksimyuk 2022-ci ilin payızında Ukrayna Silahlı Qüvvələrinə qoşulub. Maksimyuk sonuncu dəfə 2025-ci il yanvarın 30-da həyat yoldaşı ilə əlaqə saxlayıb. Həmin vaxt Pokrovsk istiqamətində mövqeyə getdiyini və uzun müddət əlaqə saxlaya bilməyəcəyini bildirib. Bundan sonra ondan xəbər alınmayıb və hərbçi xüsusi şəraitdə itkin düşmüş hesab olunub.

