Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kəşfiyyat: Rusiyanın bütün istiqamətlərdə hücumlarının qarşısı alınıb, ordunun problemləri artır

“Son günlər Rusiya qoşunları Slavyanskın şimalına, Severskin şərqinə və Xarkovun şimalına hücuma cəhd edib”.

Bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.

Təşkilatdan bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin koordinasiyalı fəaliyyəti nəticəsində bütün istiqamətlərdə Rusiya qüvvələrinin hücum cəhdinin qarşısı alınıb: “Mütəxəssislərin fikrincə, Rusiya bölmələri hələ də əməliyyat fasiləsindədir. Qüvvələrin yenidən qruplaşdırılması davam edir”.

Məlumata görə, Ukraynanın şərqindəki strateji ərazilər intensiv olaraq atəşə tutulur: “Bu, Rusiya ordusunun gələcək hücum əməliyyatlarına şərait yaratmaq üçün edilir”.

Öz növbəsində Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyatı bildiri ki, qarşıdakı həftələrdə Rusiya qüvvələri, yəqin ki, bir neçə kiçik şəhəri, o cümlədən Siversk və Dolynanı ələ keçirməyə çalışacaq.

Qeyd olunub ki, Rusiya qoşunları üçün Slovyansk və Kramatorsk şəhər ərazilərinin ələ keçirilməsi əsas məqsəd olaraq qalır.

Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Ukrayna dövlətinin legitimliyini sarsıdır: “Moskva Ukraynanın işğal olunmuş hissələri üzərində öz idarəçiliyini və inzibati nəzarətini gücləndirməyə çalışmaqda davam edir. İşğal olunmuş Ukraynada anti-Rusiya əhval-ruhiyyəsi Rusiya və Rusiyayönlü rəsmilərin hədəfə alınmasına səbəb olur. Rusiya rəsmilərinin hədəf alınması, çox güman ki, Rusiya ordusunun problemlərini daha da çoxaldacaq. Həmçinin bu, hərbi və təhlükəsizlik birləşmələrinə təzyiqi potensial olaraq artıracaq”.