Kəlbəcərdə sursat partlayıb, xəsarət alan şəxs tibbi xidmətdən imtina edib
21 İyul 2026
Kəlbəcər rayonunda baş verən partlayış hadisəsi nəticəsində xəsarət alan 1987-ci il təvəllüdlü İsgəndərov Sərxan Ələsgər oğlu 21.07.2026-cı il tarixində saat 17:10 radələrində Gəncə Birləşmiş Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Qeyd edilib ki, xəsarət alan şəxs yazılı iltizamnamə əsasında tibbi xidmətdən imtina edib və tibb müəssisəsindən buraxılıb.
14:51
Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib.
Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, 1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.