Logo
news content
User
Kateqoriyalar

Xəbər

Keçmiş prezident Avropa İttifaqını paltaryuyan maşına bənzətdi

Fransanın keçmiş prezidenti Fransua Olland Avropa İttifaqı ilə paltaryuyan maşın arasında müqayisə aparıb.

Xarici KİV-in məlumatına görə, Olland Aİ-nin istər-istəməz bir çox radikal siyasətçini “ağartdığını” qeyd edib.

Beşinci Respublikanın keçmiş rəhbəri Macarıstanın baş nazirinə heyranlığını gizlətməyən İtaliyanın “İtaliya Qardaşları” Partiyasının lideri Corc Meloni hakimiyyətə gəlsə, Aİ rəhbərliyində nə baş verəcəyi ilə bağlı sualı cavablandırıb.

Olland istisna etməyib ki, Meloni ittifaq daxilində müəyyən sürtünmə yarada bilər, lakin bu, çətin ki, avrozonada iş prinsiplərinə təsir etsin. O xatırladıb ki, İtaliyanın hələ də Aİ-nin puluna ehtiyacı var:

“Avropa nəhayət, istənilən siyasətçini ağardan paltaryuyan maşındır. Viktor Orbana baxın, demokratik nöqteyi-nəzərdən tamamilə qəbuledilməz mövqeləri müdafiə etsə də, bütün liderlər onun çiyninə vurur. Eyni şey Polşanın baş naziri ilə də baş verir”.
Qeyd edək ki, sentyabrın 25-də İtaliyada erkən seçkilər keçiriləcək. Hazırda səsvermədə ifrat sağçı “İtaliya qardaşları” partiyası kiçik fərqlə öndədir.