Keçmiş partiya sədri Anar Əsədliyə 4 il yarım həbs cəzası verildi
23 May 2026
Ləğv edilmiş Azərbaycan Yüksəliş Partiyasının (AYP) sədri Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə hökm bu gün, mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda çıxarılıb.
Dövlət ittihamçısı A.Əsədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəmişdi.