Logo
news content
User
Kateqoriyalar

Xəbər

Karyerası ərzində ən çox qol vuran müdafiəçilər

Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilər açıqlanıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı xəbər verir ki, siyahıya Niderland millisinin sabiq futbolçusu Ronald Kuman başçılıq edir.

59 yaşlı veteran oyunçu 253 dəfə fərqlənməyə müvəffəq olub. İkinci yerdə Argentina yığmasının keçmiş üzvü Daniel Passarella (175), üçüncü sırada isə ispaniyalı Fernando Yerro (170) yer alıb.

Karyerasını davam etdirən oyunçulardan yalnız biri İFFHS-in siyahısına düşə bilib. Fransa PSJ-sində çıxış edən Serxio Ramos 128 qolla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanlı oyunçular arasında ən çox qol vuran müdafiəçi artıq futbolçu karyerasını başa vurmuş Ramiz Məmmədovdur. O, 64 dəfə fərqlənib. (Report)