Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Karyak Media” fəaliyyətini dayandırır - ArmNews və Tert.am tarixə qovuşur

Ermənistanın ArmNews telekanalı, ArmNews FM radiosu və Tert.am nəşrinin daxil olduğu “Karyak Media” şirkəti fəaliyyətini dayandırır. Bu barədə Ermənistan KİV-ləri şirkətin qurucularından biri Samvel Farmanyana istinadən məlumat yayıblar.

Qeyd olunur ki, uzun müddət ərzində siyasi qüvvələrdən müxtəlif əməkdaşlıq təklifləri alsalar da, bu təkliflər onların prinsiplərinə zidd olub.

“Biz həmçinin satış üçün bir neçə variantı müzakirə etdik, lakin siyasətimizi davam etdirməyə və getdiyimiz yola sadiq qalmağa imkan verəcək variantları tapmadıq. Ona görə də ağrılı, lakin ən təbii qərarı verdik – “Karyak Media” fəaliyyətini dayandırdı”, - Farmanyan bildirib.

Onun sözlərinə görə, ümumi neytrallıq, ictimai apatiya, siyasi oyunçuların passivliyi onlara başqa seçim qoymayıb.