Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Kapital Bank” rəhbərliyinə rusiyalı maliyyəçilər gətirildi

Güvənc Dönməz, Aleksandr Maqomedov və Maksim Yevdakimov “Kapital Bank”da Rəqəmsal Həllər üzrə Müşavirə Heyətinin üzvləri kimi çalışacaqlar.

Noyabrın 18-də yeni rəhbərlərin iştirakı ilə ilk iclas keçirilib.

Rəqəmsal Həllər üzrə Müşavirə Heyəti “Kapital Bank”da rəqəmsal həllərin beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf etdirilməsi, innovasiyalar və texnologiyalar sahəsində həyata keçirilən layihələrin daha səmərəli idarə olunması məqsədilə fəaliyyət göstərəcək.

Güvənc Dönməz “Delivery Club”, “Mail.ru Group”, “Cofix Russia”, “Domino’s Pizza”, “Samsung Electronics Russia”, “Procter & Gamble” kimi şirkətlərdə, Aleksander Maqomedov “Avito”, “Bank 131”, “YooMoney”, “ASCON” şirkətlərində, Maksim Yevdokimov isə “Headhunter”, “Okko”, “Sber”, “Tinkoff Bank” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Xatırladaq ki, “Kapital Bank” ASC “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. (banker.az)