Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kanadada yaxın günlərdə yeni hökumət qurulacaq

Kanadanın baş naziri Castin Trüdo oktyabr ayında yeni hökumət quracaq.

TASS agentliyi xəbər verir ki, bu barədə baş nazir özü jurnalistlərə açıqlamasında bildirib.

Trüdo qeyd edib ki, artıq vitse-prezident və maliyyə naziri vəzifələrini tutacaq şəxslərin adı məlumdur.

Qeyd edək ki, sentyabrın 20-də Kanadada növbədənkənar parlament seçkiləri keçirilib. Liberal Partiya parlamentin aşağı palatasında 338 mandatdan 159-nu qazanıb ki, bu da Trüdoya baş nazir postunu saxlamağa imkan yaradıb.(Report)