Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kamran Ağayev də karyerasını başa vurur

Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirmək istəyi ilə "Səbail" klubuna müraciət edib.

Bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 36 yaşlı qolkiper qapıçılarla iş üzrə məşqçi Fərhad Vəliyev vasitəsi ilə xəbər göndərib: "Özüm Kamranla görüşməmişəm. Bu gün axşam məşqində onunla bu barədə danışacağam".

Qeyd edək ki, Kamran Ağayev 2020-ci ilin avqustunda "dənizçilər"lə müqavilə imzalayıb. Təcrübəli oyunçu 2008 - 2018-ci illərdə Azərbaycan yığmasının formasını geyinib. (Report)