Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kadırovu öz təbliğatçıları necə ələ verdilər

Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramazan Kadırov dəfələrlə bəyan edib ki, Ukraynadadır və Kiyevin tutulması üzrə əməliyyatların təşkilində iştirak edir. Onun Mariupolun da “düşməndən təmizlənməsi” işinə rəhbərlik etdiyi bildirilirdi.

Bu günlərdə teleqram-kanallar “hadisə yerindən” Kadırovun növbəti şəklini yayıblar. Şəklin altında belə bir yazı var: “Ramazan Kadırov pulemyot qoyulmuş yanacaqdoldurma stansiyasında ibadət edir. Burada çeçen lideri mühafizəçilərin əhatəsindədir, onun düz yanında, əlçatacaq məsafədə isə kameraya tuşlanmış sılah qoyulub. 

Sosial şəbəkələrin gözdən iti istifadəçiləri və onlarla birgə Böyük Britaniyanın The Telegraph qəzeti diqqət yetiriblər ki, Kadırovun namaz qıldığı yanacaqdoldurma stansiyasında (YDS) avadanlığın üstündə “Pulsar” şirkətinin loqotipi görsənir. Bütün “Pulsar” stansiyaları Rusiyanın “Rosneft” kompaniyasına məxsusdur. Ukraynada isə nə “Pulsar”, nə də “Rosnef”in digər yanacaqdoldurma stansiyası yoxdur.