Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kadırov Zelenksini öldürəcəyi ilə bağlı Putinə söz verib - Ukrayna TŞ

Ukraynaya hərbi müdaxilə zamanı Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə Ukrayna lideri Vladimir Zelenskiyə sui-qəsd təşkil edəcəyini söz verib.

Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “NV” radiosuna açıqlamasında deyib.

Danilov bildirib ki, bu barədə plan fevralın 3-də Kadırovun Putinlə görüşü zamanı müzakirə edilib və Çeçenistan rəhbəri bununla bağlı üzərinə öhdəlik götürüb.

O, Ukrayna kəşfiyyatının bu prosesləri izlədiyini vurğulayıb.