Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kadırov: “Bəlkə Kiyevdəyik və əmr gözləyirik?”

Çeçenistan rəhbəri Ramzan Kadırov Kiyev yaxınlığındakı Qostomel şəhərində olduğunu və artıq oradan Ukrayna paytaxtının özünə keçdiyini iddia edib. Bu barədə o, Teleqram kanalında bildirib.

Buna qədər Kadırov video yayımlayıb və bildirib ki, videonu Qostomeldə çəkib. İndi isə yeni iddia ilə çıxış edib: “Kiyevdəki millətçilər, bu günlərdə sizdən 20 kilometr aralıda idik. Deyin görək, biz nə qədər yaxınlaşmısıq... Sizə bir şey deyim: Bəlkə biz artıq Kiyevdəyik və komanda gözləyirik?”

KİV xəbər verir ki, Ukrayna kəşfiyyatı müxtəlif mənbələrdən məlumat alır. Amma Kadırovun Kiyevdə olması iddiası hələ təsdiqlənmir. Buna baxmayaraq, onun Kiyevə “səyahətini” Rusiyanın ən nüfuzlu KİV-ləri işıqlandırır.

Kadırov isə Teleqram kanalında iddia edir: “Sizin kəşfiyyatınız axsayır.  Sizə bizi axtarmaq lazım gəlməyəcək. Biz özümüz sizi tapacağıq. Sizin vaxtınıza çox az qalıb. Yaxşı olar ki, təslim olun  və bizim tərəfimizə keçin. Bunu əvvəllər də təklif etmişəm. Yoxsa sonunuz çatacaq”.

Ukrayna prezidentinin köməkçisi Aleksey Arestoviç isə bildirib ki, hazırda Kadırovun Ukrayna ərazisində olub-olmadığı müəyyən edilir: “Onu bir gün əvvəl Qroznıda görüblər. Əgər Kadırovun Ukraynada olması təsdiqlənsə, Silahlı Qüvvələr onu məhv edəcəklər”.

Çeçenistan lideri isə buna cavab olaraq “Sənə video bəs eləmədi? Evinin qapısını döyüm” cavabını verib.