Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kadi “Nant”a qarşı oynayacaqmı?

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.

26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib və onun ayaq əzələsində problem aşkarlanıb. Lakin braziliyalının zədəsinin çox ciddi olmadığı müəyyənləşib. Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Braziliyalı oyunçu Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Amma Kadinin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşündə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı oktyabrın 27-də Fransada olacaq.