Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jurnalist Araz Zeynalov vəfat edib

Tanınmış jurnalist Araz Zeynalov vəfat edib.

Yaxınlarının verdiyi məlumata görə, o, uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub və bu sayta rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.

Uzun illər jurnalist fəaliyyəti ilə məşğul olan Araz Zeynalov "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.

Allah rəhmət eləsin!