Joze Mourinyo Nigeriya millisinin baş məşqçisi ola bilər
25 Dekabr 2021
İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo Nigeriya millisinin sükanı arxasına keçə bilər.
"Thisnigeria" nəşri xəbər verir ki, bu barədə Nigeriya Futbol Federasiyasının prezidenti Amadju Pinnik açıqlama verib.
Funksioner 58 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını söyləyib: "Aramızda dialoq olub. İdman naziri də Mourinyo ilə danışıb. Bunda qəbahət yoxdur".
Qeyd edək ki, Joze Mourinyo "Roma"ya mayın 4-dən rəhbərlik edir. Onun "canavarlar"la müqaviləsi 2024-cü ilədək nəzərdə tutulub. Komanda cari mövsüm 27 oyunda 16 qələbə, 8 məğlubiyyət və 3 heç-heçə əldə edib.(Report)