Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jirinovskinin dəfn mərasimində Putinin "ÇANTA MESAJI"

Dünən Moskvada Jirinovskinin dəfn mərasimində Rusiya prezidenti Putinin iştirakı zamanı mühafizəçisinin əlindəki çanta daha çox diqqət çəkib.


Xarici media Kremlin strateji raketlərinin buraxılış aparatı daşınan nüvə çantasını daha çox Qərbə mesaj kimi dəyərləndirib.


Görüntülərin NATO sammitindən və nüvə bəyanatlarından sonra gəlməsi buna sübut kimi qiymətləndirilir.



Lakin bir qrup mütəxəssi hesab edir ki, heç də Qərbə hədə-qorxu gəlmək üçün deyil, bununla Rusiya liderinin mümkün sui-qəsd cəhdlərindən dərin narahat olduqlarını nümayiş etdirirlər. Rusiya lideri bu yolla mesaj verməyi və baş verəcək hadisələrin özünəməxsus şəkildə qarşısını almağı hədəfləyir.


Fərdi açar kodu olan çanta, adətən, 24/7 rejimində nəzarət altındadır və bütün Moskva nüvə arsenalına nəzarət edir.


News.com.au xəbər portalı yazır ki, çantanı daima Putini müşayiət edən silahlı mühafizəçi qoruyur.