Logo
news content
User
Kateqoriyalar

Xəbər

Jirinovski növbəti dəfə komaya düşdü

Rusiya liberal-demokrat partiyasının (LDPR) lideri Vladimir Jirinovskinin vəziyyəti pisləşib. Bu barədə “İzvestiya” xəbər verir.

Həmin xəbərə görə, Jirinovski tibbi səbəbli komaya salınıb. Həkimlər ona septik şok diaqnozu qoyublar.

Xatırladaq ki, Vladimir Jirinovski fevralın 2-də COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Medianın yazdığı kimi, Liberal Demokrat Partiyası liderinin ağciyərlərinin 70 faizi zədələnsə də, sonradan vəziyyəti yaxşılaşmışdı.