Logo
news content
User
Kateqoriyalar

Xəbər

İyirmi birinci əsrin sualı: İynə vurdurmaq orucu pozurmu?

İki ildən çoxdur ki, davam edən pandemiya həyatımızın bir hissəsinə çevrilib. Koronavirusla mübarizədə tez-tez istifadə olunan dezinfeksiyaedicilərin, maye məhlulların, eyni zamanda vaksin və digər vasitələrin orucu batil edib-etmədiyi hər kəsi maraqlandıran suallardandır.

Məsələ ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, gigiyena məqsədi ilə odekolon və dezinfeksiyaedici maddənin istifadəsi orucu pozmur.

“Artıq iki ildir ki, Ramazan ayı pandemiya dövrünə təsadüf edir.

Hazırda ölkə vətəndaşları arasında da koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi aparılır. Əgər vurulan iynə qidanı əvəz etmirsə, bu, orucu pozmur”, - deyə ilahiyyatçı bildirib.