Logo
news content
User
Kateqoriyalar

Xəbər

"İştirak edənlər namizəddən qat-qat vacibdir" - Tramp Lenindən sitat gətirdi

ABŞ-ın keçmiş Respublikaçı prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarlarının mitinqində Vladimir Lenindən seçkilərdə səslərin hesablanması ilə bağlı sitat gətirib.

TASS xəbər veririk ki, Ağ Evin keçmiş rəhbəri bununla bağlı belə deyib:

"Məncə, bu sözləri Lenin deyib. O deyib ki, səsləri sayan namizəddən daha vacibdir. Məlum olur ki, bu həqiqətdir. Səslərin hesablanmasında iştirak edənlər, Leninin dediyi kimi, namizəddən qat-qat vacibdir”.