Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbulun mərkəzində terror aktı: Ölənlər var - YENİLƏNİB

İstanbulun turistlər üçün nəzərdə tutulmuş, məşhur İstiqlal küçəsində partlayış baş verib.

Partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər yaralanıb.

Bu barədə İstanbul valisi Ali Yerlikaya tvitter hesabında yazıb.

"İstiqlal küçəsində baş verən partlayış zamanı 6 nəfər həyatını itirib, 53 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o qeyd edib.

Partlayış baş verən əraziyə çoxlu sayda təcili yardım və polis briqadaları göndərilib.

İstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib.

Qeyd edək ki, yerli hakimiyyət orqanları şəhər əhalisi və turistlər arasında çaxnaşma yaratmamaq üçün bir müddət hadisənin işıqlandırılmasına və onunla bağlı xəbərlərin dərcinə qadağa qoyub. Bu qərar həm də insidentin araşdırılmasına mane olmamaq üçün verilib.