Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbuldakı partlayışda şübhəli bilinən şəxsin görüntüsü yayıldı - FOTO

OdaTV İstanbulun mərkəzində baş verən partlayışda şübhəli bilinən qadının fotosunu yayıb.

Jurnalistlərin sözlərinə görə, bu qadın çiynindəki çantanı İstiqlal küçəsində qoyaraq ərazidən uzaqlaşıb. Sonradan məhz həmin yerdə partlayış baş verib.

Qeyd edək ki, İstanbulun turistlər üçün nəzərdə tutulmuş, məşhur İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər yaralanıb.

İstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib.