Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbulda terror törədən qadın belə tutuldu - VİDEO/FOTO

Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadın saxlanılıb.

Ssözügedən şəxsin saxlanılma anını əks etdirən görüntülər yayılıb.

Belə məlum olub ki, terror aktını törətməkdə şübhəli bilinən şəxs Suriyaəsilli Ahlam Albashır adlı terrorçudur.

O, dindirilmə zamanı qeyd edib ki, PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirilib və Afrin-İdlib vasitəsilə Türkiyəyə qaçaq yolla gəlib.

Albashır PKK terror təşkilatının “Ayn el Arab” mərkəzindən İstanbunda terror aktı törətməklə bağlı göstəriş aldığını və hadisəni törətdikdən sonra hadisə yerindən qaçdığını etiraf edib.

Ümumilikdə partlayışla bağlı 46 nəfər saxlanılıb.