Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbulda binada güclü partlayış: Ölənlər var

Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda yaşayış binasında güclü partlayış baş verib.

Partlayış nəticəsində 3 nəfər ölüb. Hadisədən sonra başlayan yanğın daha sonra yaxınlıqdakı iki binaya keçib.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın nəzarət altına alınıb.

İlkin məlumata görə, partlayışa binanın 3-cü mərtəbəsində yerləşən mənzildə qaz sızması səbəb olub.

Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və səhiyyə qrupları göndərilib.