Logo
news content
User
Kateqoriyalar

Xəbər

İstanbul yaxınlığında partlayıcı dolu dəniz skuteri tapıldı - FOTOLAR/VİDEO

Türkiyənin İstanbul şəhərinin Çatalca rayonunda, dəniz sahilində içində partlayıcı maddələrin olduğu dəniz skuteri tapılıb.

Bu barəd İHA xəbər verir.

Məlumata görə, skuter çimərlikdəki xilasedicilər tərəfindən aşkarlanıb və jandarma qruplarına məlumat verilib.

İlkin araşdırmalara görə, skuterin Ukrayna donanmasına aid olduğu və suyun axını ilə Çatalca sahilinə çatdığı ehtimal edilir.

Həmçinin onun içərisində partlayıcı maddənin olduğu da müəyyən edilib. İlkin yoxlamalar başa çatdıqdan sonra skuter cinayət təhqiqatının aparılması üçün hərbi baxış məntəqəsinə aparılacaq.

Tapılan skuterin üzərində çox sayda kamera, hərbi texnika və partlayıcıların olduğu görülüb.

[video:348042]