İstanbul aeroportu Avropanın ən işlək hava limanıdır
22 İyul 2024
İstanbul Hava Limanı 8-14 iyul tarixləri arasında gündə orta hesabla 1491 uçuşla Avropanın ən işlək hava limanı seçildi.
Bu barədə məlumat Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 8-14 iyul tarixlərini əhatə edən hesabatında əksini tapıb.
Hesabata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1491 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.
Sıralamada ikinci yeri 1413 uçuşla Amsterdam “Schiphol” hava limanı tutub
Parisin “Şarl De Qoll” aeroportu isə 1404 uçuşla ilk üçlüyü tamamlayır.