Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrailin müdafiə naziri dişləri ilə butulka açdı - VİDEO

İsrailin müdafiə naziri Benni Hantz ABŞ Prezidenti Co Baydenin qarşılanma mərasimi zamanı dişləri ilə plastik su butulkasını açmağa çalışıb.

Sözügedən görüntülər sürətlə sosial şəbəkələrdə yayılıb.

Videoda görünür ki, 63 yaşlı yüksək vəzifəli məmur qeyri-standart üsulla - dişləri ilə şüşəni açmaq istəyir.

Mərasimdə ABŞ liderinin və çox sayda digər insanların olması onu heç də narahat etməyib.