İsrailin Baş naziri BƏƏ-yə ilk dəfə rəsmi səfər edib
13 Dekabr 2021
İsrailin Baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixi səfəri çərçivəsində Əbu-Dabiyə gəlib.
“Haber Global” xəbər verir ki, bu, İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin bərpası qərarından sonra Baş nazirin BƏƏ-yə ilk səfəridir.
İsrailin baş naziri Naftali Bennetti daşıyan təyyarə Əbu-Dabidəki Kral Hava Limanına enib. Benneti BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed qarşılayıb.
Səfəri zamanı Zayedlə danışan Bennett, “Səmimi qonaqpərvərliyinizi yüksək qiymətləndirirəm. Bu əla qarşılanmadır. İsrail liderinin ilk rəsmi səfərini burada edəcəyim üçün çox həyəcanlıyam. Mən iki ölkə arasında münasibətlərin möhkəmlənməsini səbirsizliklə gözləyirəm”, - deyə bildirib.
Səfər çərçivəsində Bennetin bu gün Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed əl-Nəhyan ilə görüşü gözlənilir. Görüş zamanı iki ölkənin münasibətləri arasında inkişafa və sabitliyin möhkəmlənməsinə töhfə verəcək iqtisadi məsələlər və əlaqələrin dərinləşməsi müzakirə olunacaq.
Qeyd edək ki, İsrailin xarici işlər naziri Yair Lapid 2020-ci ilin iyununda BƏƏ-yə səfər edib və Əbu-Dabidə İsrail səfirliyini açıb. O, ötən ilin martında BƏƏ-də İsrailə səfir təyin edib.
Ötən il sentyabrın 15-də ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyasının himayəsi altında Ağ Evdə keçirilən rəsmi mərasimlə İsrail və BƏƏ arasında münasibətlərin normallaşmasına dair saziş imzalanıb.