Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsraildən analoqu olmayan “Tamuz-6” raketi - VİDEO

İsrailin RAFAEL müdafiə konserni “Spike NLOS” ailəsinin çoxfunksiyalı “Tamuz” tank əleyhinə raketinin altıncı nəslini təqdim edib.

Yerli mətbuatın yazdığına görə, raketin ilk nəsli təxminən 40 il əvvəl istehsal edilib və o vaxtdan onlarla ölkəyə satılıb.

Məlumata görə, bir sıra xüsusiyyətlərinə görə, raket parametrlərinin dünyada analoqu yoxdur. Qurğu bir operator tərəfindən idarə olunur və dördə qədər raket eyni vaxtda hədəfə yönləndirilir:

“Bundan başqa, raketlər müxtəlif məsafələrdə uça bilir ki, bu da müxtəlif yerlərdə bir neçə hədəfi eyni anda məhv etməyə imkan verir. Raket təsvirin uyğunlaşdırılması texnologiyasından istifadə edərək hədəfi tanımağa qadirdir. Bu unikal alqoritm sayəsində raket uçuş zamanı hədəfi inanılmaz dəqiqliklə aşkar edir və vurur”.

Qeyd edək ki, “Tamuz-6” helikopterdən buraxıldıqda 50 km-ə qədər, yerdən buraxıldıqda isə 32 km-ə qədər məsafədəki hədəfləri vura bilir.






IFrame