Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail vətəndaşlarına xəbərdarlıq etdi: Azərbaycanda təhlükə var

Avqustun 15-də İsrail XİN İranla həmsərhəd dövlətlərdə - Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyədə olan İsrail vətəndaşlarına müraciət edib. XİN israrla "ayıq olmağı və ehtiyatlı davranmağı" tövsiyə edir.

"İranın təhdidləri ilə əlaqədar XİN yuxarıda qeyd edilən dövlətlərə səfər edənləri maksimum ayıq və ehtiyatlı olmağa çağıırır", deyə məlumatda bildirilir.

İranın atacağı mümkün addımlar arasında israillilərə, o cümlədən diplomatlara və səfirliklərə qarşı terror hücumlarının törədilməsi ehtimalı da var.

Diplomatlara təhlükəsizlik qaydalarına riayət etmək, ictimai tədbirlərdə iştirak etməmək, evdən işləmək barədə ciddi göstərişlər verilib.