Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail və Hizbullah bir-birini atəşə tutdular, İsraildə fövqəladə vəziyyət elan edib

"Hizbullah" hərəkatı Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə ilkin cavab olaraq İsrailə zərbələr endirib.

Bu barədə hərəkatın "Telegram" kanalında bildirilib.

Belə ki, Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub.

İsrailin "Ynet News" portalı xəbər verir ki, bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı isə Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir.

Bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqarinin açıqlamasında bildirilir.

"Hazırda Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı bir neçə yerə zərbələr endirir. Biz təhdidləri məhv etməyə və "Hizbullah" terror qruplaşmasına intensiv zərbələr endirməyə davam edirik”, - sənəddə qeyd olunur.