Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail Təhlükəsizlik Kabineti Qəzza zolağının tamamilə hərbi nəzarətə alınması təklifini qəbul edib

İsrailin Təhlükəsizlik Kabineti (İTK) baş nazir Binyamin Netanyahunun Qəzza zolağının tamamilə hərbi nəzarətə alınması təklifini dəstəkləyib.

Bu barədə "Axios" portalı israilli rəsmiyə istinadən məlumat yayıb.

Bildirilib ki, böyük ehtimalla, hazırda təxminən 800,000 qəzzalının yaşadığı ərazinin kütləvi şəkildə boşaldılması tələb ediləcək.

Bildirilib ki, İsrail döyüş bölgələri xaricində mülki əhaliyə humanitar yardım göstərəcək. Kabinet üzvlərinin əksəriyyəti İsrailin "HƏMAS"la müharibəni dayandırmaq müqabilində irəli sürəcəyi 5 prinsipin siyahısını dəstəkləyib ki, bunlar da aşağıdakılardır:

1. "HƏMAS"ın tərk-silah edilməsi;

2. 20-nin sağ olduğu güman edilən 50 girovun hamısının geri qaytarılması;

3. Qəzza zolağının demilitarizasiyası;

4. İsrailin Qəzza zolağına təhlükəsizlik nəzarəti;

5. "HƏMAS" və ya Fələstin Muxtariyyəti olmayan alternativ mülki hökumətin mövcudluğu.

Qeyd olunub ki, mövcud vəziyyətlə bağlı alternativ plan da müzakirə edilib və bu planın yuxarıda qeyd edilən 5 bənddən ilk 2-ni həyata keçirmək üçün yetərsiz olduğuna qərar verilib. Həmin planla bağlı əlavə məlumat paylaşılmayıb.