Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail ordusu yenidən Qəzzaya zərbələr endirməyə başlayıb

İsrail ordusu Qəzza zolağına zərbələri bərpa edib.

İsrail Müdafiə Qüvvələri (İMQ) iddia edir ki, Qəzza zolağına Fələstin radikal qruplaşmalarının atəşinə cavab olaraq yeni zərbələr endirməyə başlayıb.

"Clash Report"un "X" sosial şəbəkəsindəki hesabında yayımlanan videoda Qəzzanın mərkəzinin güclü zərbələrlə sarsıldığı görünür. Yarıdağılmış binalardan qalxan tüstü buludları müşahidə olunur.

Daha əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin ətrafına hava zərbələri endirib. İsrail tərəfi radikalların atəşkəs rejimini pozduğunu düşünür. Öz növbəsində, HƏMAS atəşkəsi pozmadığını və Qəzza zolağının cənubundakı Rəfah şəhərində baş verən toqquşmalarla əlaqəsinin olmadığını bəyan edib.

İsrailin Baş naziri Benyamin Netanyahu anklavın cənubunda baş verən atışma hadisəsindən sonra orduya Qəzzada radikallara qarşı qəti addımlar atmağı əmr edib.

Daha əvvəl ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirmişdi ki, Amerika tərəfində HƏMAS-ın atəşkəs rejimini pozacağına dair etibarlı məlumatlar var.