İsrail "Hizbullah"ın Baş Qərargah rəisini öldürülb
24 Noyabr 2025
Hizbullah Hərəkatının Baş Qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Beyrutda öldürülüb.
Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Abu Gli Tabtabaui Naim Qasimdən sonra Hizbullahın ikinci şəxsi statusunda olub.
“The Times of Israel” İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin Beyrutda Abu Əli Tabtabauinin ofisinə zərbə endirildiyini təsdiqlədiyini yazıb. Qeyd edilib ki, Binyamin Netanyahu müdafiə naziri və İsrail Ordusunun Baş Qərargah rəisinin tövsiyəsi ilə Beyrutun mərkəzində Abu Əli Tabtabauinin məhv edilməsi üçün əmr verib.
İsrail Müdafiə Qüvvələri Beyrutda həyata keçirilən dəqiq hava zərbəsi nəticəsində “Hizbullah”ın qərargah rəisi Haysam Əli Tabtabainin öldürüldüyünü təsdiqləyib.

Foto