İsmayıl Haniyə Qətərdə dəfn edilib
02 Avqust 2024
Tehranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Dohanın şimalında, Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.
“İnterfaks” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.
Mərasimdə İslam ölkələrindən onlarla dövlət rəsmilərinin iştirakı ilə əlaqədar təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.