“İskəndər-M”in yaradıcısı vəfat edib
26 Avqust 2024
“İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq Mamalıqa 91 yaşında vəfat edib.
Bu barədə High-Precision Complexes holdinqi məlumat yayıb.
“Təəssüflə bildiririk ki, “İsgəndər-M” raket sisteminin baş konstruktoru Oleq İvanoviç Mamalıqa 92 yaşında vəfat edib. Oleq İvanoviç bütün əmək fəaliyyətini Kolomna Maşınqayırma Konstruktor Bürosunda işləməyə həsr edib. O, Silah və hərbi texnikanın, o cümlədən ilk sovet tank əleyhinə sistemlərinin (“Şmel”, “Malyutka”), taktiki (“Toçka”) və əməliyyat-taktiki raket sistemlərinin (“Oka”, “Oka-U”, “İskəndər-M”)” hazırlanmasında iştirak edib” - holdinqin Telegram kanalında deyilir.
Mamalıqa 1933-cü il aprelin 4-də hərbçi ailəsində anadan olub. Məktəbi qızıl medalla bitirdikdən sonra raket mühəndisi olmaq üçün imtahansız Leninqrad Hərbi Mexanika İnstitutuna daxil olub. 1957-ci ildə Kolomnadakı Xüsusi Konstruktor Bürosuna (indiki Tədqiqat və İstehsalat Korporasiyası "Maşınqayırma Layihə Bürosu") baş konstruktor təyin edilib.