Logo
news content
User
Kateqoriyalar

Xəbər

İşğaldan azad edilən daha bir rayonda güclü yanğın başlayıb

Azərbaycanın işğaldan azad edilən daha bir rayonunda şiddətli yanğın başlayıb.

Xocavənd rayonun Çörəkli kəndi ərazisindəki meşə massivi yanır.

Alovun geniş əraziyə yayıldığı müşahidə olunur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və texnikaları cəlb edilib.

Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Qeyd edək ki, Ağdam rayonu ərazisində də güclü yanğın başlayıb.