İsaak Hersoq da gəlmədi...
17 Noyabr 2024
İsrail Prezidenti İsaak Hersoq təhlükəsizlik baxımından Azərbaycana səfərini təxirə salıb.
Bununla bağlı İsrail Prezident Aparatı məlumat yayıb.
Məlumatda İsrail lideri İsaak Hersoqun Azərbaycanın paytaxtı Bakıda keçirilən COP29 İqlim Konfransına planlaşdırılan səfərinin ləğv edildiyi açıqlanıb.
Sözügedən səfərin ləğv edilməsinin səbəbi vəziyyətin qiymətləndirilməsindən sonra ortaya çıxan “təhlükəsizlik narahatlıqları” olaraq göstərilib.