İrəvanın keçmiş meri saxlanılıb
05 İyun 2026
Ermənistanda sabiq nəqliyyat və rabitə naziri, İrəvanın keçmiş meri Qaqik Beqlaryan saxlanılıb.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd olunub ki, onun saxlanılmasının səbəbi hələ müəyyən edilməyib. Lakin daha əvvəl ona qarşı, o cümlədən 27 daşınmaz əmlakın mənimsənilməsi və dövlətə 5,7 milyon dollar ziyan vurulması ittihamı ilə cinayət işi başlanmışdı.
Q.Beqlaryana qarşı həmçinin çirkli pulların yuyulması və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı çoxsaylı epizodlar üzrə ittihamlar irəli sürülmüşdü.