Logo
news content
User
Kateqoriyalar

Xəbər

İrəvanda Paşinyan əleyhinə yenidən mitinq başladı

İrəvanın "Fransa" meydanında müxalifətin növbəti mitinqi başlayıb.

"SputnikArmenia"ya xəbər verir ki, mitinqə sabiq prezident Robert Koçaryanın gəlini, müğənni Siruşo da qatılıb.

O, nümayişçilərlə birgə mahnılar oxuyub.

Qeyd edək ki, ötən gün və bu gün səhər də Ermənistanın paytaxtında aksiyalar təşkil olunub. Polis nümayişçilərə qarşı güc tətbiq edib. 250 nəfərin saxlanıldığı bildirilir.