İrəvan Zəngəzur dəhlizinə beynəlxalq nəzarətin əleyhinə deyil
05 Sentyabr 2024
Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan təsdiqləyib ki, Ermənistanın Sünik vilayəti (Zəngəzur dəhlizi) vasitəsilə nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinə nəzarət özəl təhlükəsizlik agentliklərinə verilə bilər.
O qeyd edib ki, baş nazir Nikol Paşinyan bildirib ki, kommunikasiyaların mühafizəsini özəl təhlükəsizlik agentliklərinə həvalə etmək mümkündür. "Bəli, baş nazir dedi ki, bu, mümkündür. Hazırda əlavə məlumat yoxdur", - nazir müavini deyib və qeyd edib ki, "belə olan halda özəl mühafizə şirkəti Azərbaycan ərazisindən keçəcək kommunikasiyaların bir hissəsini də qorumalıdır".
Onun sözlərinə görə, bu, ölkənin suverenliyi prinsipini pozmur. O həmçinin qeyd edib ki, sərhəddə erməni sərhədçilər və gömrük işçiləri də olacaq.