İraqda Türkiyə Ordusuna hücum zamanı 10 hərbçi yaralanıb - Yenə PKK?
29 İyun 2025
İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz uçuş aparatları vasitəsilə hücum olub, 10 hərbçi yaralanıb.
"Cümhuriyyət" qəzeti xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Tayvar bildirib.
O qeyd edib ki, hücumun PKK terror təşkilatının təşkil etdiyi ehtimal olunur.