İranın vitse-prezidenti: Təzyiqlərə boyun əyməyəcəyik
02 Sentyabr 2025
İranın vitse-prezidenti Məhəmmədrza Arif Tehranın təzyiqlərə boyun əyməyəcəyini bəyan edib. Bu bəyanat BMT-nin 2015-ci il nüvə sazişinin "ciddi" pozulmasına görə sanksiyaları bərpa edəcək mexanizmi işə salması ərəfəsində verilib.
"Biz sanksiyaları öz xoşumuzla işə saldırmırıq, amma bu dəfə də İran xalqı nə geri çəkiləcək, nə də təzyiqlərə boyun əyəcək", – Arif avqustun 31-də hökumətin iclasında deyib. Bu barədə ISNA xəbər agentliyi məlumat yayıb.
Arif E3 ölkələrinin (Fransa, Almaniya və Böyük Britaniya) BMT Təhlükəsizlik Şurasında sanksiyaların avtomatik bərpası mexanizmini işə salacaq hüquqi səlahiyyətə malik olub-olmadığını sual edib.
"Təbii ki, bu mexanizm işə salınsa, müvafiq qərarlar da qəbul ediləcək", – Arif əlavə edib, amma ətraflı detallardan danışmayıb.
Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas avqustun 29-da Tehranın E3 ölkələrinin bu hüquqa malik olmadığı haqda iddiasını rədd edib. O bildirib ki, sanksiyalar qüvvəyə minməzdən öncəki 30 günlük müddət diplomatiyaya imkan yaradır.
"Bu məsələləri yoluna qoymaq üçün 30 gün vaxtımız var", – Aİ baş diplomatı jurnalistlərə deyib.