İranın ticarət gəmilərinə hücumları Hörmüz boğazında gəmi trafikini azaldıb
23 Noyabr 2026
Hörmüz boğazından keçən gəmilərin sayı İranın ticarət gəmilərinə hücumları səbəbindən yenidən azalıb.
Bu barədə "Financial Times" (FT) qəzeti Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatlarına istinadən yazıb.
Məlumata görə, noyabrın 12-dən 18-dək boğazdan 263 gəmi keçib. Bu, əvvəlki həftənin göstəricisi ilə müqayisədə 15% azdır.
Həmin gəmilər arasında tankerlərin sayı cəmi 37 olub ki, bu da əvvəlki həftə ilə müqayisədə 29% azalma deməkdir.